Marko Rubio yeni Papanın taxta çıxması ilə bağlı tədbirlər üçün Romaya səfərindən danışaraq, burada kardinallarla söhbətlərində dünyada mövcud siyasi vəziyyətlə bağlı qiymətləndirmələri dinlədiyini vurğulayıb.
“Görüşdüyüm kardinallardan biri dedi: Amerika prezidentinin sülh istəməsi bizim üçün çox qeyri-adi haldır, bəzi avropalılar isə sanki dünya alt-üst olubmuş kimi daim hərbi işlərə çağırırlar”, - A BŞ-niun Dövlət katibi söyləyib.
![]() |
Avropa liderləri çaşqınlıq içindədir | VİDEO |
Xatırladaq ki, bir gün əvvəl Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiya təzyiqlərini artıracağının anonsunu verib. O, bu iddianı ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin söhbətindən sonra səsləndiriib. Putinlə söhbəti “yaxşı” adlandıran Tramp nizamlanmada “müəyyən irəliləyiş” olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az