“Fransa Xarici Kəşfiyyatı mənimlə guya terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün görüşdüyünü təsdiqləyib. Əslində uşaq pornoqrafiyası heç yada belə salınmırdı. Onlar Fransada terrorçuluqda şübhəli bilinən şəxslərin İP ünvanlarını istəyirdilər, lakin onların əsas diqqəti həmişə geosiyasətə yönəlib: Rumıniya, Moldova, Ukrayna”, - Pavel Durov yazıb.
Sahibkarın sözlərinə görə, “Telegram” Fransada əsassız olaraq uşaqlara qarşı zorakılıqla mübarizədə fəaliyyətsizlikdə ittiham edilib. O, bu iddiaları manipulyasiya adlandırıb və şirkətin qanunsuz məzmunun qarşısını almaq üçün addımlar atdığını vurğulayıb.
![]() |
Makron: “Rumıniyada seçkilərə müdaxilə olub” |
Bir neçə gün həbsdə qalann iş adamı 5 milyon avro girov və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi müqabilində sonradan sərbəst buraxılıb. Bu ilin martında məhkəmə Durova Fransanı tərk etməyə icazə verib və o, Dubaya qayıdıb.
Aprel ayında isə o, Parisin Avropa qanunlarına uyğun şəkildə messencerə sorğular göndərməyə başladığını və nəticədə cinayətdə şübhəli bilinən şəxslərin İP ünvanlarının “Telegram”-dan aldığını bildirib.
Bununla belə, iki gün əvvəl Rumıniyada baş tutan prezident seçkilərindən sonra, Pavel Durov Fransa kəşfiyyatının rəhbəri Nikolas Lernerdən Rumıniyada mühafizəkarların bloklanması ilə bağlı sorğu alsa da, buna qəti imtina ilə cavab verdiyini açıqlayıb. Lakin bu bəyanatları rədd edən Fransanın Xarici İşlər nazirliyi onları saxta adlandırıb.
Fransa prezidenti Emmanuel Makron isə, öz növbəsində, adını çəkmədiyi başqa bir tərəfi Rumıniya seçkilər ilə bağlı “manipulyasiya cəhdlərində” günahlandırıb.
Sahil İsgəndərov
AzVision.az