İran-ABŞ danışıqlarında yeni mərhələ başlayır

   İran-ABŞ danışıqlarında yeni mərhələ başlayır
  20 May 2025    Oxunub:384
"Tehran nüvə proqramı üzrə danışıqların yeni mərhələsinin vaxtı və yeri ilə əlaqədar Vaşinqtondan təklif alıb".
Bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, ABŞ-nin təklifi nəzərdən keçirilir.

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar keçən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir.
İran geri addım atır?

Digər tərəfdən, İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani keçən günlərdə "NBC News" telekanalına müsahibəsində bildirmişdi ki, İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ ilə nüvə proqramı üzrə saziş imzalamağa hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti