İrəvan silahlanmaya nə qədər xərcləyir?

   İrəvan silahlanmaya nə qədər xərcləyir?
  20 May 2025    Oxunub:405
Ermənistan Hindistanla 1,5 milyard dollarlıq, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə kontraktları imzalayıb.
AzVision.az xəbər verir ki, Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) dərc etdiyi analitik materialda belə deyilir.

Hindistan mediası da vaxtaşırı hərbi-texniki sövdələşmələr barədə məlumat versə də, müqavilələrin ümumi məbləği hələ dərc edilməyib. Eyni zamanda, rəsmi İrəvan heç vaxt Hindistanla sövdələşmələr barədə məlumatı təsdiqləməyib.

RBMŞ-in hesabatındakı məlumatlara görə, söhbət 2022-2023-cü illərdə Nyu-Dehli və 2023-2024-cü illərdə Parislə imzalanmış müqavilələrdən gedir.

Materialda bildirilir ki, Ermənistan-Hindistan müqavilələri müxtəlif silahların tədarükünü nəzərdə tutur: 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri (MLRS), tank əleyhinə “Konkurs” raket kompleksləri, minaatanlar və müxtəlif döyüş sursatları.

Ataş, bu da sənə AKASH...
İrəvan həmçinin 155 mm-lik “ATAGS” artilleriya qurğuları, özüyeriyən və yedəyə alınan haubitsalar, “ZADS” pilotsuz uçuş əleyhinə sistemlər və “Akash 1S” hava hücumundan müdafiə (HHM) sistemləri alıb və ya almağı planlaşdırır. “MR-SAM” raketləri və “Akash-NG22” orta mənzilli HHM sistemlərinin alınması da gözlənilir.

Fransaya gəlincə, 2023-cü ildə imzalanmış müqavilələrə əsasən, Paris artıq 24 ədəd “Bastion” yüngül zirehli maşınları və “Safran” şirkətinin istehsalı olan gecəgörmə cihazlarının partiyasını Ermənistana tədarük edib.

Bundan əlavə, Ermənistanın müdafiə silahları, o cümlədən “yer-hava” tipli raketləri aşkarlaya bilən üç “GroundMaster 200” radarı əldə etməsi ilə bağlı müqavilələr imzalanıb. Həmin il Ermənistana “Mistral 3” zenit-raket komplekslərinin (ZRK) tədarükü ilə bağlı da danışıqlar aparılıb.

Keçən il Parislə İrəvan arasında imzalanan yeni müqavilələr çərçivəsində Ermənistan Fransanın “PGM” şirkətindən müxtəlif modifikasiyalı hücum tüfəngləri və “Sezar” özüyeriyən artilleriya qurğuları almağa hazırlaşır.

Yeri gəlmişkən, Fransanın Müdafiə naziri Sebastyen Lekornü ötən il haubitsalardan danışıb. “GroundMaster 200” radarları və “Mistral 3” sistemləri haqqında da rəsmi məlumatlar açıqlanmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   Hindistan   Fransa  





Xəbər lenti