Fidan Moskvaya gedir

   Fidan Moskvaya gedir
  20 May 2025    Oxunub:412
Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-də Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yollanacaq.
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərə verdiyi brifinqdə diqqətə çatdırıb ki, üçgünlük səfər çərçivəsində Hakan Fidan həmkarı Sergey Lavrovla görüşəcək.

Onların əsasən Cənubi Qafqazdakı cari vəziyyətə dair müzakirə aparacaqları bildirilir.

Görüşün gündəliyinə həmçinin iki ölkə arasında münasibətlərə, eyni zamanda, Suriya, Liviya və Qara dəniz regionundakı vəziyyətə dair fikir mübadiləsi də daxildir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   nazir   səfər  





Xəbər lenti