İsrail və HƏMAS-dan 3 günlük ATƏŞKƏS

İsrail və HƏMAS-dan 3 günlük ATƏŞKƏS
  01 Avqust 2014    Oxunub:1096
İsrail və HƏMAS Qəzza sektorunda 72 saatlıq atəşkəs rejiminin əldə olunması barədə razılığa gəlib.
AzVision.az-ın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, atəşkəs rejimi barədə razılaşma bu gün yerli vaxtla 08:00 radələrində qüvvəyə minəcək.

ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, tərəflər arasında razılaşma BMT-nin vasitəçiliyi ilə əldə olunub: “Bu müddət ərzində Qəzza sakinləri humanitar kömək əldə edəcək, ölənləri dəfn edəcəklər. Atəşkəs rejimi zamanı həmçinin su və elektrik verilişi bərpa ediləcək”.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1440-a çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti