Aİ də Suriyaya qarşı sanksiyaları ləğv edir

Aİ də Suriyaya qarşı sanksiyaları ləğv edir
  20 May 2025    Oxunub:213
Avropa İttifaqı (Aİ) ölkələri Bəşər Əsədin devrilməsindən sonra müharibədən əziyyət çəkən ölkənin bərpasına kömək etmək məqsədilə Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvinə qərar veriblər.
AzVision.az xəbər verir ki, bu haqda “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, Aİ-nin 27 üzv ölkəsinin səfirləri bu addım üçün ilkin razılaşma əldə ediblər və bu, Brüsseldə xarici işlər nazirlərinin görüşündə rəsmi şəkildə açıqlanacaq.

Xatırladaq ki, ABŞ ötən həftə Dəməşqə qarşı sanksiyaları ləğv edib.

AzVision.az



Teqlər:





Xəbər lenti