Baydenin diaqnozunun detalları bəlli olub

   Baydenin diaqnozunun detalları bəlli olub
  21 May 2025    Oxunub:368
ABŞ-nin sabiq prezidenti Co Bayden sonuncu dəfə 2014-cü ildə prostat vəzi xərçəngi müayinəsindən keçib.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“Keçmiş prezident Co Baydenin prostat xərçəngi üçün məlum olan sonuncu qan testi 2014-cü ilə təsadüf edir. Bu isə onun vəzifədə olduğu 4 il ərzində xərçəng üçün yoxlanılmadığını göstərir”, - qəzet yazır.

Materialın müəllifləri Baydenin özünün sınaqdan keçməkdən imtina edib-etmədiyinin və ya komandasının bu qərarı verib-vermədiyinin məlum olmadığını vurğulayırlar.

Xatırladaq ki, mayın 18-də Co Baydenin diaqnozuna istinad edən uroloq-cərrah Haşim Əhməd onda prostat vəzi xərçənginin ilkin əlamətlərinin olduğunu açıqlayıb.

Məqalədə bildirilir ki, 82 yaşlı Bayden diaqnoz qoyulmazdan əvvəl sidik ifrazı ilə bağlı çətinlik çəkdiyindən şikayətlənib. Haşim Əhməd sidik-cinsiyyət sisteminin fəaliyyətində hər hansı dəyişikliyin baş verdiyi halda, kişilərin dərhal terapevt və ya uroloqa müraciət etməli olduqlarını vurğulayıb.

Maraqlıdır ki, ABŞ-nin Ədliyyə nazirliyinin yüksək vəzifəli məmuru Leo Tarrell Co Baydenin həyat yoldaşı Cil Baydeni ahıllara qarşı zorakılığa görə mühakimə etmək təklifini verib.

“Cil əri Co Baydenin səhhətindəki problemlərdən xəbərdar idi, lakin yenə də onun ABŞ prezidentliyinə namizədliyini irəli sürməkdə israr edirdi”, - Leo Tarrell özünün “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   diaqnoz   detallar  





Xəbər lenti