Dan: “Ukraynaya qoşun göndərmək yersizdir”

      Dan:    “Ukraynaya qoşun göndərmək yersizdir”
  21 May 2025    Oxunub:303
Rumıniyanın yeni prezidenti Nikuşor Dan Ukraynaya qoşun göndərməyin yersiz olduğunu bildirib.
AzVision.az xəbər verir ki, prezident Nikuşor Dan “Politico” nəşrinə müsahibəsində belə deyib.

“Ukraynanın Rumıniya ərazisində daha çox əməliyyat dəstəyinə sahib olması - bəli. Ukraynada sülhə zəmanət verən orduların bir hissəsi olmaq – yox”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, Buxarestlə Moskva arasında artıq mövcud olan gərginlik səbəbindən Rumıniya qoşunlarının Ukraynaya göndərilməsi o qədər də məqsədəuyğun deyil.

Həmçinin, ABŞ prezidenti Donald Trampı Ukraynada sülh axtarışına yanaşmasına görə tənqid edən Nikuşor Dan, Rusiya prezidenti Vladimir Putinin tələblərini qeyri-real adlandırıb.
Bununla belə, o, Ukraynaya sülh tezliklə gələcəyinə əmin olduğunu vurğulayıb.

Avropa Kiyevə köməkçi deyil
Qeyd edək ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk Ukraynaya sülhməramlı hərbi missiya göndərilməsini istisna edib.

Aprelin sonunda “The Times” qəzeti “istəklilər koalisiyasına” daxil olan Avropa ölkələri üçün Ukraynaya göndərmək üçün hətta 25 min əsgər toplamaqda çətinliklərlə üzləşəcəyini yazmışdı. O cümlədən ona görə ki, Böyük Britaniya və Fransa quru qoşunlarının ölkənin ərazisinə tam şəkildə yerləşdirilməsi əvəzinə, Ukraynanın qərbinə təlimatçılar və təlim bölmələri göndərmək variantına meyl edirlər.

Moskva, öz növbəsində, Ukrayna münaqişəsi zonasında “istəklilər koalisiyasının” qoşunlarının görünməsini Rusiyaya hərbi təhlükə kimi qiymətləndirəcəyini dəfələrlə vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rumıniya   Ukrayna  





Xəbər lenti