NYT: “Tramp Ukraynanı satdı” - VİDEO

      NYT:    “Tramp Ukraynanı satdı”    - VİDEO
  21 May 2025    Oxunub:367
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə və Avropa liderlərinə deyib ki, Moskva və Kiyev müharibəni bitirmək üçün müstəqil şəkildə həll yolu tapmalıdırlar.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times (NYT)” nəşrinin yazdığına görə, ABŞ prezidenti mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra belə deyib.

Bu mənada “NYT” belə nəticəyə gəlib ki, görünür, Tramp Rusiya və Ukrayna arasında nəticəsiz atəşkəs danışıqlarından çıxır.

“Tramp ABŞ-nin Rusiyaya qarşı Avropa sanksiyalarına qoşulacağı ilə bağlı öz hədələrindən geri çəkilib”, - müzakirələrlə tanış olan altı məmur adlarının gizli qalması şərti ilə qəzetə bildirib.

Yüksək rütbəli bir avropalı məmur isə, Rusiyanın atəşi dayandırmaqdan imtina edəcəyi təqdirdə, Trampın yəqin ki, heç vaxt sanksiyalara qoşulmaqda maraqlı olmadığını söyləyib.

Adı açıqlanmayan Ağ Ev rəsmisi nəşrə deyib ki, ABŞ-nin Rusiyaya qarşı əlavə sanksiyaları biznesin inkişafına mane olacaq. Tramp isə, amerikalılar üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəyir.

- Tramp Rusiya ilə işgüzar müqavilələr bağlamaqda maraqlıdır. Mənbələrin sözlərinə görə, Putin Trampla telefon danışığı zamanı daha çox Rusiya və ABŞ arasında mümkün iqtisadi sövdələşmələrdən danışıb”, - qəzet vurğulayır.

“Reuters”: “Avropanın və Kiyevin mövqeyi zəiflədi” - VİDEO
Avropanın indi Rusiyaya qarşı yeni sanksiyalara doğru irəlilədiyini bildirən “NYT”, ABŞ-nin, öz növbəsində, Rusiya ilə daha sıx münasibətlər qurmağa çalışdığına diqqət çəkir. Bu, Putinin son iyirmi ildə öz maraqları çərçivəsində NATO daxilində yaratmağa və istifadə etməyə çalışdığı parçalanma deməkdir.

Xatırladaq ki, Donald Tramp mayın 19-da Vladimir Putinlə üçüncü telefon danışığından sonra sosial mediada yazıb ki, Ukrayna və Rusiya sülh sazişinin şərtlərini özləri müzakirə edəcəklər. Çünki onlar danışıqların başqa heç kimə məlum olamyan təfərrüatları bilirlər.
Tramp Putinlə danışdıqdan sonra Ukrayna və Avropa ölkələrinin liderlərinə zəng edib.

“Axios” portalının məlumatına görə, Tramp Putinin “danışıqlara razı olduğunu”, lakin ABŞ-nin danışıqlara qatılmaycağını və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini deyib.
“Financial Times (FT)” nəşir, öz növbəsində, Rusiya və ABŞ prezidentləri arasında əldə olunan razılaşmaların Avropa liderlərində “çaşqınlıq” yaratdığını yazıb.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlardan çəkildiyini açıq şəkilkdə deməyib. Sadəcə, Putinlə danışdıqdan sonra Tramp ABŞ-nin danışıqlardan çəkilməsinə şərtləndirən “qırmızı xəttin” olduğunu və onun keçiləcəyi halda bunu edəcəyini vurğulayıb. Bununla belə Amerika lideri hansı xəttdən danışdığını açıqlamaqdan imtina edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Ukrayna   satmaq  





Xəbər lenti