Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb

Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb
  21 May 2025    Oxunub:328
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 21-də Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedov ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının müxtəlif regionları, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan Azərbaycan-Dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.

Həmçinin Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Görüşdə, həmçinin 2023-2025-ci illər üzrə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti