ABŞ-da "Minuteman III" qitələrarası ballistik raketi sınaqdan keçirilib

ABŞ-da "Minuteman III" qitələrarası ballistik raketi sınaqdan keçirilib
  21 May 2025    Oxunub:227
ABŞ Kaliforniya ştatındakı Vandenberq bazasından "Minuteman III" qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışını həyata keçirib.

AzVision.az xəbər verir ki, bu barədə Vandenberq bazasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buraxılışdan əvvəl raket yüksək dəqiqliyə malik "Mark-21 De-Entry" döyüş başlığı ilə təchiz edilib.

Sınaq zamanı başlıq 4,2 min mil (təxminən 6,7 min kilometr) məsafəni uğurla qət edib.

Məlumata görə, sınaq nəticəsində əldə olunan məlumatlar ABŞ-ın strateji qüvvələrinin gələcək inkişafını qiymətləndirmək məqsədilə təhlil ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti