Azərbaycan nümayəndə heyəti Panamada COP29 təcrübəsini bölüşdü

21 may 2025-ci il tarixində baş tutan yüksək səviyyəli plenar iclasda Y.Rəfiyev çıxış edərək, Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbər edilməsini nəzərdə tutan Bakı Maliyyə Məqsədinin və Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin 10 il davam edən nəticəsiz danışıqlardan sonra Bakıda Azərbaycanın sədrliyi altında razılaşdırılmasının əhəmiyyətini vurğulanıb.
Səfər çərçivəsində Y.Rəfiyev başçılıq etdiyi nümayəndə heyəti UNFCCC Katibliyinin icraçı direktoru Simon Stiell, icraçı direktorun müavini Noura Hamladji və Braziliyanın COP30 Baş İcraçı Direktoru Ana Toni və Baş danışıqçısı Lilian Çagas ilə ikitərəfli və Katibliyin iştirakı ilə üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29-da əldə etdiyi nailiyyətlər, bu istiqamətdəki fəaliyyəti və təcrübəsi, iqlim dəyişmələri ilə mübarizə konteksində COP29-da qəbul edilmiş qərarların icrasının əhəmiyyəti, UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında keçiriləcək 62-ci sessiyası və COP30-da aparılacaq iqlim danışıqlarının mövzuları üzrə fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: