Bakı danışqılarından sonra Türkiyə və İsrail razılığa gəliblər

   Bakı danışqılarından sonra Türkiyə və İsrail razılığa gəliblər
  22 May 2025    Oxunub:332
Suriyada baş verə biləcək hərbi insidentləri operativ şəkildə həll etmək üçün İsrail və Türkiyə arasında birbaşa əlaqə kanalı yaradılıb.
AzVision.az İsrailin “İsrael-ha-yom” portalına və Böyük Britaniyanın “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, bu ilin aprelində Azərbaycan ərazisində keçirilən görüş zamanı hər iki ölkənin nümayəndələri Suriyada mümkün silahlı toqquşmaların qarşısını almaq üçün nəzərdə tutulmuş xüsusi mexanizm hazırlamağa başlayıblar.

Elə həmin ayda da Suriya ərazisində yaranan hər hansı münaqişə vəziyyətinə dərhal reaksiya vermək imkanını təmin edən 24 saatlıq qaynar xətt fəaliyyətə başlayıb.

“Tərəflər Suriyanın şimalında fəaliyyət göstərən ÇAXAL qüvvələri ilə Türkiyə ordusu arasında hərbi toqquşmanın qarşısının alınmasına yönəlmiş bir neçə prinsiplə bağlı razılığa gəliblər. Ölkənin cənubuna gəlincə, İsrail ərazinin silahsızlaşdırılmasında israrını davam etdirir”, - məlumatda deyilir.

Davam edən İsrail-Türkiyə danışıqlarında Azərbaycanın vasitəçilik missiyasına diqqət çəkən media-resurslar mənəblərə istinadən bildirilər ki, İsrailin Türkiyə qoşunlarının Suriya ərazisinə, o cümlədən tank və piyada birliklərinin yerləşdirilməsinə əsaslı etiraz yoxdur.

Təl-Əvivin şərti budur ki, Türkiyə Suriyada İsrail Hərbi Hava qüvvələrinin (HHQ) hərəkətlərini izləyə bilən hava hücumundan müdafiə (HHM) sistemləri və radarlar quraşdırmayacaq.

- Danışıqlarda xüsusi diqqət “xurma xətti” ərazisinə - Suriya Palmirasına bitişik zonaya yönəldilir. Bölgədə keçmişdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən geniş şəkildə istifadə olunan və “Hizbullah”a silah tədarükü üçün logistika dəhlizinin bir hissəsi kimi xidmət göstərən T4 aviabazası yerləşir. Bazanı düşmənləri üçün strateji hədəf hesab edən İsrail ona dəfələrlə zərbələr endirib”, - portal vurğulayır.

Nəşrin məlumatına görə, aprel ayından bəri Türkiyə ilə İsrail arasında artıq dörd görüş keçirilib və mayın sonunda danışıqların beşinci raundu planlaşdırılır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Bakı   Türkiyə   İsrail  





Xəbər lenti