Nərgiz Paşayevanın qızı ən nüfuzlu qadınlar sırasında
![Nərgiz Paşayevanın qızı ən nüfuzlu qadınlar sırasında Nərgiz Paşayevanın qızı ən nüfuzlu qadınlar sırasında](https://azvision.az/photos/aida mahmudova.jpg)
Məqalədə Aida Mahmudovanın yaradıcılığından və Azərbaycanda müasir rəssamlığın inkişafında göstərdiyi xidmətlərindən bəhs olunur. Rəssam Londondakı Central Saint Martins Kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşdürür, işləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir. Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə "Yarat" təşkilatının əsasını qoyub.