“Xankəndi” FK Region Liqasının qalibi oldu

   “Xankəndi” FK Region Liqasının qalibi oldu
  22 May 2025    Oxunub:446
Bu gün Qəbələ şəhər stadionunda keçirilən Region Liqasının final oyununda “Xankəndi” futbol klubu “Şirvan” klubu ilə qarşılaşıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.

Xatırladaq ki, klub tarixində ilk dəfədir ki kuboka sahib olur.

AzVision.az



Teqlər:





Xəbər lenti