Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib

   Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib
  23 May 2025    Oxunub:329
Belçikada Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov "X" hesabında paylaşıb edib. İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olof Skug həmsədrlik ediblər.

Onun sözlərinə görə, iclasda siyasi və təhlükəsizlik sahələrində mövcud əlaqələr və əməkdaşlıq perspektivi haqqında əsaslı və açıq müzakirələr aparılıb:

"Bu dialoq son aylarda Malta, Bakı, Brüssel və Tiranda keçirilmiş bir sıra mühüm yüksəksəviyyəli Aİ-Azərbaycan görüşlərinin ardınca aparılıb. İkitərəfli, regional və qlobal hadisələr müntəzəm olaraq fikir mübadiləsini tələb edir. Bu gün həmçinin Aİ-nin digər yüksəkvəzifəli rəsmiləri və təşkilata üzv bir sıra dövlətlərin, o cümlədən ev sahibi ölkə olan Belçikanın nümayəndələri ilə mühüm müzakirələr aparılıb".

AzVision.az



Teqlər:





Xəbər lenti