Serbiya strateji seçim qarşısında - VİDEO

   Serbiya strateji seçim qarşısında  - VİDEO
  23 May 2025    Oxunub:419
Aİ üzvlüyünə namizəd kimi Serbiya hazırda “strateji seçim” qarşısındadır; ölkə “harada olmaq istədiyini” seçməlidir.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas belə deyib.

“Serbiyanın “Avropa gələcəyi” onun müdafiə edəcəyi dəyərlərdən asılı olacaq”, - Kallas vurğulayıb.

Maraqlıdır ki, Avropa diplomatiyasının rəhbəri dünən Serbiyada keçirdiyi mətbuat konfransında Aİ-də hakimiyyətin üç qolunun adını belə çəkə bilməyib. O, əvvəlcə icraedici orqanı “rəhbər” qurum adlandırıb, sonra isə “qanunvericilik” ifadəsini deyə bilməyib.

ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın keçmiş köməkçisi Daq Bendou isə elə həmin gün Kaya Kallasın Rusiyaya təzyiq göstərməklə bağlı sözlərinin onun qeyri-səmimiliyinin nümayişi kimi qiymətləndirib. O, Avropa diplomatiyasının rəhbərinin uzun müddətdir ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə “birbaşa yanaşmasını” tənqid etdiyini xatırladıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kallas   Serbiya   seçim  





Xəbər lenti