Seçiciləri Leyla Yunusu müdafiə edən senatora qəzəbləndi

Seçiciləri Leyla Yunusu müdafiə edən senatora qəzəbləndi
  01 Avqust 2014    Oxunub:3126
Amerikanın Merilend ştatından olan senator Ben Kardin (Ben Cardin) facebook-dakı rəsmi səhifəsində Leyla Yunusun həbsinə münasibət bildirib. Senator yazıb ki, Azərbaycan hökumətinin Leyla Yunusu həbs etməsi dözülməzdir, çünki o, uzun müddət ərzində azərbaycanlılar və ermənilər arasında təmaslar yaratmağa çalışıb. O, Leyla Yunusun casusluqda ittiham edilməsinin absurd olduğunu da bildirib.

Amma daha maraqlı olan senatorun səhifəsini izləyən amerikalıların – seçicilərin onun yazığına münasibətləridir. Statusa yazılan şərhlərdə seçicilər soruşurlar ki, niyə senator Kardin amerikalıların və öz ölkəsinin heç bir probleminə münasibət bildirmədiyi halda, bu qədər uzaq məsələlərə qarışır?

Məsələn, statusa yazılan şərhlərdə John Huculak adlı seçisi soruşur ki, niyə senator hələ də Meksikada saxlanılan amerikalı əsgərlə maraqlanmadığı və onu ölkəyə qaytarmağa çalışmadığı halda, durub Leyla Yunusun həbsinə münasibət bildirir?



‪Fred Phelps‬ isə senatordan soruşur ki, o, immiqrasiya problemilə bağlı nə edib?



‪Lori Healey Vaughn adlı seçici sual edir ki, Leyla Yunusun casusluqda ittiham edilməsinin absurd olduğunu söyləmək nə deməkdir? “Bu, 2012-ci ildə Benqazidə bizim səfirliyə olan hücumu mənim yadıma saldı. Niyə? Bəlkə ona görə ki, heç bir əsas olmadan, youtube-dakı bir videoya görə Amerika vətəndaşı qanunsuz olaraq həmin hücumda günahkar bilinib, həbs olunmuşdu? Bəlkə başqa ölkələrdə yaşananlara bu qədər fikir verməkdənsə, öz vətəndaşlarınızın qayğısına qalasınız? Bəlkə Meksikadakı əsgərimizi geri qaytarmaq haqqında düşünəsiniz?!”,- deyə seçici bildirib.



Digər seçicilər də dəfələrlə eyni sualları təkrarlayırlar ki, niyə senator Kardin Amerikada olan problemləri görməzliyə vuraraq, ancaq xaricdəki məsələlərə maraq göstərir?



Bu sualın əslində sadə bir cavabı var: görünür senator özünü onu seçən vətəndaşların yox, seçdirən lobbilərin qarşısında doğrultmağa çalışır. Yəqin, həm də erməni lobbisinin.

AzVision.az‬


Teqlər:  





Xəbər lenti