Təyyarəmizin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub | VİDEO

Təyyarəmizin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub  | VİDEO
  24 May 2025    Oxunub:494
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğradığı yerdə ucaldılan abidənin görüntüləri yayımlanıb.
AzVision.az xəbər verir ki, bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır.

Tüpkaraqan rayonunun akimi yerli mediaya izah edib ki, abidənin qurulması Manqistau vilayətinin sakinlərinin təşəbbüsü ilə baş tutub: “Onlar öz vəsaitləri hesabına həlak olanların xatirəsini yad etmək qərarına gəliblər, heç bir büdcə vəsaiti istifadə olunmayıb”.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.




Teqlər: AZAL   təyyarə   Aktau  





Xəbər lenti