Tramp: “Avropa ilə sövdələşmə olamayacaq” - VİDEO

      Tramp:    “Avropa ilə sövdələşmə olamayacaq”    - VİDEO
  24 May 2025    Oxunub:416
Ağ Evin rəhbəri Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarət razılaşması barədə düşünmədiyini və iyunun 1-də qüvvəyə minəcək 50% idxal rüsumları tətbiq etmək qərarına yenidən baxmaq niyyətində olmadığını bildirib.
AzVision.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə Aİ tərəfindən mümkün güzəştlərlə bağlı sualı cavablandırarkən belə deyib.

“Mən sövdələşmə barədə düşünmürəm. Onlar bizdən istifadə etmək üçün birləşiblər. Aİ uzun müddətdir ki, ticarətdə ABŞ ilə “düzgün hərəkət etmiir”. Rüsumların tətbiqi Amerika iqtisadiyyatının maraqlarının qorunmasına yönəlib və istehsalın ABŞ-yə köçürülməsini stimullaşdırmalıdır”, - Donald Tramp vurğulayıb.

Avropa ölkələrinin Ağ Ev rəhbərinin fikrini dəyişməsi üçün nə edə biləcəyini soruşduqda o, “bilmirəm” cavabını verib.

- Əgər kimsə gəlib burada zavod tikmək arzusunu bildirsə, biz onların tikintisi zamanı bir qədər gecikməni müzakirə edə bilərik”, - ABŞ prezidenti bildirib.

Tramp: “Aİ Çindən pis mövqe sərgiləyir”
Mayın 23-də Tramp iyunun 1-dən etibarən Aİ-dən malların idxalına 50% rüsum tətbiq etməyi məsləhət görüb. Onun sözlərinə görə, avropalılarla danışıqlar heç bir nəticə vermir.
Mayın 17-də “Financial Times” qəzeti tərəflərin rəsmi məsləhətləşmələr çərçivəsində ilk dəfə sənədlər mübadiləsi apardığını bildirib. Avropa nınTicarət Komissarı Maroş Şefçoviç bəyan edib ki, Aİ Amerika qazı, kənd təsərrüfatı məhsulları və silahları almaqla ABŞ ilə ticarət kəsirini azaltmaqda maraqlıdır.

Bununla belə, Aİ Vaşinqtonun əsas şərtlərini yerinə yetirməkdən, o cümlədən ƏDV-nin ləğvi, rəqəmsal şirkətlər üzərində vergi tənzimləmələrinin yüngülləşdirilməsi və digər maneələrin aradan qaldırılmasından boyun qaçırıb. Tramp isə, Brüsselin “sıfır tarif” siyasəti ilə bağlı təklifini qeyri-kafi sayaraq onu rədd edib.

Beləliklə, dialoqu bərpa etmək cəhdlərinə baxmayaraq, ABŞ tərəfdaşlarına tarif təzyiqini artırmaq kursuna sadiq qalır. Aİ, öz növbəsində, danışıqlara hazır olduğunu bildirsə də, təzyiqlərin qarşılığında güzəştlərin mümkünlüyünü istisna edir. 250 milyard dollardan çox ticarət kəsirini göstərən ABŞ administrasiyası tariflərin tətbiqini haqlı sayır.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Avropa   tariflər  





Xəbər lenti