Rusiya Kiyevi bombalayıb - VİDEO

   Rusiya Kiyevi bombalayıb    - VİDEO
  24 May 2025    Oxunub:504
Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram-kanalında bu gecə Ukraynanın pilotsuz təyyarələr və raketlərdən kütləvi şəkildə atəşə tutmasından sonra Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
AzVision.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, mayın 24-nə keçən gecə Kiyev və Ukraynanın bir sıra regionları Rusiya tərəfindən güclü raket və pilotsuz təyyarə hücumuna məruz qalıb. O, Ukraynaya ümumilikdə 14 ballistik raketin və 250-dən çox hücum PUA-sının buraxıldığını, onların əksəriyyətinin İran “Şahed”ləri olduğunu bildirib.

“Yalnız Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı əlavə sanksiyalar Moskvanı atəşi dayandırmağa məcbur edəcək. Ukrayna dəfələrlə atəşkəs təklif edib, lakin Rusiya tərəfi bu təkliflərə məhəl qoymur”, - Volodimir Zelenski vurğulayıb.

Məlumatda bildirilir ki, kütləvi hücum nəticəsində yaşayış binalarına, avtomobillərə, müəssisələrə ziyan dəyib, yaralılar var. Kiyevdə bombardmanın nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir - xilasedicilər raket və pilotsuz təyyarələrin qalıqlarını zərərsizləşdirir, yanğınları söndürür və mərmilərin düşdüyü yerlərdə işləyirlər.

Odessa, Poltava, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev və Dnepr vilayətləri də hücuma məruz qalıb, əsasən mülki şəxslər həlak olub.

Ukrayna Hərbi Hava qüvvələri (HHQ) Komandanlığının Rabitə departamentinin məlumatına görə, Rusiya mayın 24-nə keçən gecə “İskəndər-M” raketləri və “Şahed” dronları daxil olmaqla təkcə Kiyevə doqquz ballistik raket və çoxsaylı pilotsuz təyyarələr buraxıb. Ukrayna ərazisinə isə ümumilikdə bu gecə 16 “İskəndər-M” raketi atılıb.




Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Kiyev   bombardman  





Xəbər lenti