"Ukraynanın bərpasında Azərbaycanın dəstəyini gözləyirik"

// Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü

  "Ukraynanın bərpasında Azərbaycanın dəstəyini gözləyirik"
  25 May 2025    Oxunub:419
"Azərbaycan-Ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb". Bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
“Azərbaycan torpaqları işğal altında olanda Ukrayna da bizim ərazi bütövlüyümüzü tanıyıb”, - deyən nazir parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını sevindirici hal kimi qiymətləndirib.

O bildirib ki, həmkarı ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı fikir mübadiəsi aparıblar: "İlk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. Münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq. Mayın 15-də Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk. Azərbaycan uzunmüddətli sülhün əldə olunmasını arzulayır".
İlham Əliyev Ukraynanın xarici işlər nazirilə görüşüb

Nazir bildirib ki, Laçın və İrpen şəhərlərinin qardaşlaşması ölkələrimizin regionları arasında əməkdaşlığın təzahürüdür.

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Bayramov Azərbaycan-Ukrayna biznes-forumunun və digər layihələrin bu sahədə əlaqələrə ciddi təkan verə biləcəyini vurğulayıb.

Yada salaq ki, Laçın və İrpen şəhərlərinin qardaşlaması haqda memorandum 2024-cü ilin sentyabrın 30-da İrpin şəhərinin meri Oleksandr Markuşinin Laçına səfəri zamanı baş tutmuşdu.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa söyləyib ki ölkəsinin müharibədən sonrakı bərpası böyük bir proses olacaq və burada Azərbaycanın dəstəyini gözləyirlər. "Xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığa üstünlük veririk. Ölkəmizin Azərbaycanın Qafqazda enerji habına çevrilməsinə dəstək verməsinə hər zaman hazırdır”, - deyən nazir İrpen şəhərinə dəstəyə görə Azərbaycana təşəkkür edib.


Teqlər:   Ukrayna  





Xəbər lenti