Məlum olub ki, Netanyahu David Zininin təyinatını sona qədər Eyal Zamirdən gizlədib, halbuki o, Baş qərargah rəisinin tabeliyində idi. Baş nazir rəsmi açıqlamadan bir neçə dəqiqə əvvəl qərarı barədə Baş qərargah rəisinə məlumat verib.
![]() |
Netanyahunun qərarı etirazlara səbəb olub - VİDEO |
“Baş nazirlə Baş qərargah rəisi arasında münasibətlər mürəkkəbdir. Baş qərargah rəisi dəfələrlə onunla qarşıdurmaya girmişdi. Zamirin təyinatı pozacağından qorxan Netanyahu ona güvənməyərək Baş qərargah rəisini baş vermiş fakt qarşısında qoymaq istəyib”, - Netahyahunun ətrafındakı mənbələr “Kanal 12” telekanalına bildiriblər.
“Qaley ÇAXAL” radiostansiyasının məlumatına görə, təkcə Baş qərargah rəisi deyil, Netanyahunun hərbi katibi Roman Hoffman da təyinat prosedurundan kənarlaşdırılıb. O, Zini ilə bağlı gözlənilən qərar haqqında heç nə bilməyib.
ÇAXAL-ın mətbuat xidməti bu məlumatı şərh etməmək qərarına gəlib.
Xatırladaq ki, bir neçə gün əvvəl Netanyahunun David Zinini “Şin Bet”in rəhbəri təyin etməsinə cavab olaraq, İsrailin paytaxtı Təl-Əvivdə minlərlə insan etiraz aksiyası keçirib.
Sahil İsgəndərov
AzVision.az