Hakan Fidan Moskvada kimlərlə görüşəcək?

“Təbii ki, əsas mövzu Ukraynadır. Amma istənilən halda Fidan Lavrovla danışıqlara gəlir. Bu danışıqlarda təbii ki, əsas müzakirə mövzusu ikitərəfli münasibətlər olacaq. Təbii ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi mütləq aparılacaq”, - Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Hakan Fidan mayın 26-27-də Rusiyada işgüzar səfərdə olacaq. Rusiya Xarici İşlər nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın məlumatına görə, o, Sergey Lavrovla Suriya, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə regional məsələləri müzakirə etməyi planlaşdırır.
Türkiyənin Xarici İşlər nazirliyi, öz növbəsində bildirib ki, Hakan Fidan Ukrayna ilə danışıqlarda Putinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə də görüşmək niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az