Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
  26 May 2025    Oxunub:340
26 may 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

AzVision.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 30 gün müddətinə, 6.74% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti