Türkiyədə FETÖ əməliyyatı: 54 nəfər saxlanılıb

   Türkiyədə FETÖ əməliyyatı:    54 nəfər saxlanılıb
  27 May 2025    Oxunub:479
Türkiyənin 6 şəhərində, o cümlədən İstanbulda FETÖ terror təşkilatının hazırkı strukturuna qarşı keçirilən əməliyyat nəticəsində 54 şübhəli şəxs saxlanılıb.
Bu barədə İstanbul Respublika Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, terror təşkilatına üzvlükdə şübhəli bilinən şəxslərin toplaşdıqları ünvanlara basqın həyata keçirilib.

İstanbuldan əlavə Kütahya, Qocaəli, Ankara, Samsun və Zonquldaq şəhərlərində də sözügedən terror təşkilatına qarşı əməliyyat baş tutub. Əməliyyat çərçivəsində haqqında həbs qərarı çıxarılmış şəxslərlə yanaşı FETÖ-yə maliyyə dəstəyi verən ümumilikdə 54 nəfər yaxalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   antiterror   əməliyyat  





Xəbər lenti