Yaponiya Harvarddan qovulanlara öz qapısını açır

   Yaponiya Harvarddan qovulanlara öz qapısını açır
  27 May 2025    Oxunub:352
ABŞ-də Donald Tramp administrasiyasının Harvard Universitetində beynəlxalq tələbə proqramını dayandırması fonunda Yaponiya hökuməti sözügedən təhsil ocağından çıxmağa məcbur qalan əcnəbi tələbələrə müvəqqəti "təhsil sığınacağı" verir".
Ölkənin "Kyodo News" xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə Yaponiyanın təhsil naziri Abe Toşiko yerli universitetlərə çağırış ünvanlayıb. O vurğulayıb ki, ölkədəki bütün ali təhsil müəssisələri Harvard Universitetindən "qovulan" tələbələrin müvəqqəti qəbulunu nəzərdən keçirməlidir.

"Məqsədimiz tələbələrin təhsilinə dəstək verməkdir. Bu çərçivədə Yaponiya Tələbə Xidmətləri Təşkilatı ilə birlikdə çalışacağıq", - nazir söyləyib.

Hökumətin çağırışından qabaq dünən Tokio Universiteti Donald Tramp administrasiyasının qərarından təsirlənən əcnəbi Harvard tələbələrinin qəbulunu planlaşdırdığını açıqlayıb.
Harvard Universitetinə xarici tələbə qəbulu dayandırılıb

Xatırladaq ki, mayın 23-də ABŞ-nin Daxili Təhlükəsizlik Departamenti ölkənin Kembric şəhərində yerləşən Harvard Universitetinə xarici ölkələrdən tələbə qəbulunu, habelə hazırkı beynəlxalq tələbələri saxlama imkanını dayandırıb. Bu addıma səbəb kimi "universitetin rəhbərliyinin zorakılıq, antisemitizm və Çin Kommunist Partiyası təbliğatı aparması" göstərilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yaponiya   ABŞ   Harvard   tələbə   qəbul  





Xəbər lenti