Reuters: “Putinin tələbləri ultimatumdur”

      Reuters:    “Putinin tələbləri ultimatumdur”
  28 May 2025    Oxunub:722
Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq şərtləri arasında Qərb liderlərinin NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq və Moskvaya qarşı bəzi sanksiyaları ləğv etmək barədə yazılı öhdəlik götürmələri tələbi var.
AzVision.az xəbər verir ki, rusiyalı mənbələrə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Putin sülh sazişi bağlamağa hazırdır, lakin bunu nəyin bahasına olursa-olsun istəmir.

Danışıqlardan xəbəri olan üç mənbə bildirib ki, Putin Qərb ölkələrindən NATO-nu şərqə doğru genişləndirməmək və beləliklə, Ukrayna, Gürcüstan və Moldovanı formal olaraq alyansa üzvlüyə namizədlikdən çıxarmaq barədə “yazılı öhdəlik" almaq istəyir.

“Bundan əlavə, Rusiyanın tələbləri arasında Ukrayna üçün neytral status, bəzi Qərb sanksiyalarının ləğvi, dondurulmuş aktivlər məsələsinin həlli, Ukraynanın rusdilli sakinlərinin müdafiəsi kimi şərtlər də yer alır”, - agentlik bildirir.

Mənbələr, həmçinin Putinin ərazi məsələsində mövqeyini “sərtləşdirdiyini” də vurğulayırlar. İndi Rusiya prezidenti Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam Rusiyanın nəzarətinə verilməsini açıq şəkildə irəli sürdüyü tələbin yerinə yetirilməsində təkid edir. Halbuki, bu vilayətlərin əraziləri hazırda tam şəkildə Rusiyanın nəzarəti altında deyil.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Putin   ultimatum  





Xəbər lenti