“Netanyahunun girovların azad olunması barədə danışıqlara münasibətinə qarşı çıxan və bütün oğurlananların dərhal burazılmasını tələb edən əleyhdarları özləri ilə gətridikləri projektorun köməyi ilə “Likud” partiyasının binasında Qətərin böyük ölçülü bayrağını nümayiş etdiriblər. Onun üzərində ərəb və ivrit dillərində “Qətərin İsraildəki səfirliyi” sözləri yazılıb”, - “The Times of Israel” qəzeti bildirir.
Bu, İsrailin diplomatik əlaqələri olmayan Qətərin hakim dairələri ilə əlaqədə şübhəli bilinən Netanyahunun köməkçiləri ilə bağlı aparılan istintaqa istinad deməkdir.
Etirazçılar baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının binasına bitişik küçələrdə nəqliyyatın hərəkətini kəsərək tonqallar yandırmağa cəhd götəriblər və polislə toqquşma yaşanıb. Bir qrup nümayişçi binanın içərisinə girə bilib və orada barrikada qurmağa cəhd edib.
İğtişaşlara çevrilən aksiyanı qanunsuz elan edən polis bütün etirazçıları zorla küçəyə çıxarıb və mitinqi dağıdıb. Polisin mətbuat xidmətinin məlumatına görə, izdihamın dağıdılması zamanı iki polis əməkdaşı yaralanıb.
İsrail hüquq-mühafizə orqanlarının mətbuat xidməti iğtişaşlar zamanı lentə alınan videonu dərc edib. Buraya nümayişçilərin üç saat ərzində “əldə saxladığı” hakim partiyanın qərargahından qovulduqlarını əks etdirən görüntülər də daxildir.
Sahil İsgəndərov
AzVision.az