ABŞ və Aİ Putinə xəbərdarlıq ediblər - VİDEO

   ABŞ və Aİ Putinə xəbərdarlıq ediblər    - VİDEO
  29 May 2025    Oxunub:443
Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həllində tezliklə irəliləyiş əldə edilməyəcəyi təqdirdə ABŞ və Avropanın Moskvaya qarşı yeni sanksiyalar tətbiqinə hazır olmalıdır.
AzVision.az “Sueddeutsche Zeitung” nəşrinə istinadən xəbər verir, Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşdən sonra Amerika diplomatiyasının rəhbərinin müvafiq bəyanatı barədə danışıb.

Qəzetin yazdığına görə, Vadeful ABŞ-yə səfəri zamanı Dövlət katibi Rubio ilə görüşündə Rusiyaya qarşı sanksiya təzyiqini müzakirə edib.

“Buna görə də Putinin nəhayət danışıqlar masasına əyləşməsi üçün bu gün biz növbəti addımları yaxından əlaqələndirmək barədə razılığa gəldik”, - Almaniya XİN-in rəhbəri iddia edib.

Vudeful, həmçinin Rubionun onunla söhbəti zamanı “Putin bundan imtina etsə, tədbir görüləcək” və “Putin buna hazır olmalıdır” ifadələrini işlətdiyini bildirib.
Almaniyalı nazir vurğulayıb ki, “dərhal atəşkəs haqqında razılıq var” və Ukrayna buna hazırdır, lakin Rusiya bununla razılaşmır.

SZ: “ABŞ-Aİ danışıqları iflasa uğrayıb” - VİDEO
Maraqlıdır ki, iki gün əvvəl, Almaniyanın Xarici İşlər nazirliyinin hesabatına istinad edən “Süddeutsche Zeitung (SZ)” qəzeti anti-Rusiya sanksiyalarından yan keçilməsinin qarşısının alınmasına qarşı birgə mübarizəyə dair Aİ-ABŞ danışıqlarının nəticəsiz qaldığını yazmışdı.

Qeyd edək ki, mayın 22-də ABŞ Senatı Moskvanın yaxın gələcəkdə Ukraynada atəşkəs üçün qəbuledilməz şərtlər irəli sürəcəyi təqdirdə Rusiyanı 500%-lik ikinci dərəcəli rüsumlarla hədələyib.

Daha sonra isə, senator Lindsi Qrem Rusiya prezidenti Vladimir Putinə açıq məktubunda Moskvaya qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyünü açıqlayıb. Parlamentarinin sözlərinə görə, Amerika Senatı vəziyyətin istənilən məcrada inkişafına hazırdır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ     Putin  





Xəbər lenti