Mourinyo: `Torres satılmayacaq`

Mourinyo: `Torres satılmayacaq`
  01 Avqust 2014    Oxunub:1682
İngiltərənin “Çelsi” klubun baş məşqçisi Joze Mourinyo İspaniya millisinin hücumçusu Fernando Torresin klubu tərk edəcəyinə dair yayılan şayiələri təkzib edib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Xeyr, biz onu satmayacağıq. Üç hücumçu bütün klubların əsas fundamental əsasıdır və bizim üç hücumçumuz var. Didye, Fernando və Diyeqo “Çelsi”ni yeni mövsümdə təmsil edəcək, onlardan heç biri klubu tərk etməyəcək” – deyə, Mourinyo bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti