ABŞ nüvə aviabombalarının istehsalına başlayacaq

ABŞ nüvə aviabombalarının istehsalına başlayacaq
  29 May 2025    Oxunub:282
Amerika Birləşmiş Ştatları strateji aviasiyaya aid təyyarələrin təchiz olunacaq B61-13 (B61 Mod 13) yenilənmiş nüvə aviabombasının silsiləvi istehsalına başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Nüvə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “B61-13” aviabombası 360 kiloton gücündədir. Bu yeni bombanı ABŞ-nin nüvə arsenalında yer alan ən güclü başlıqlardan birinə çevirəcək.

Aviabombanın hər ədədinin istehsalı ABŞ hökumətinə təxminən 30 milyon dollara başa gələcək.

AzVision.az



Teqlər:





Xəbər lenti