Mənbələrdən biri Taypeyə silah satışı ilə bağlı kəmiyyətin Trampın əvvəlki hakimiyyəti dövründəki rəqəmləri asanlıqla üstələyə biləcəyini vurğulayıb.
Planların reallaşacağı halda, Trampın Tayvanı müdafiə etmək öhdəliyi ilə bağlı narahatlıqları qismən aradan qalxa bilər. Amma, eyni zamanda, ABŞ və Çin arasında münasibətlərdə gərginliyin artması təhlükəsi də yaranır.
ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton həmçinin hökumətin müdafiə büdcəsini ÜDM-in 3%-nə qədər artırmaq səylərinə mane olmamaq üçün Tayvanın müxalifət partiyalarının nümayəndələrinə təzyiq göstərir.
“Reuters” agentliyinin hesablamalarına görə, Trampın ilk prezidentliyi dövründə (2017-2021) ABŞ Tayvana təxminən 18,3 milyard dollar dəyərində silah satışını təsdiqləyib - bu, Co Bayden administrasiyası dövründəkindən (təxminən 8,4 milyard dollar) iki dəfə çoxdur.
![]() |
Çindən Tayvana "ciddi xəbərdarlıq" |
Bununla belə, Pekinin Tayvanla “yenidən birləşmə” üçün hərbi ssenarini istisna etməyən aqressiv ritorikası fonunda, ada Vaşinqtonla əlaqələri gücləndirməyə üstünlük verir. Aprel ayında Tayvanın Milli təhlükəsizlik üzrə müşaviri Cozef Vu ABŞ-də bağlı qapılar arxasında Trampın komandası ilə danışıqlar aparıb.
“The Washington Post (WP)” qəzetinin daha əvvəl yazdığına görə, Avropada və başqa yerlərdə “riskə getmək” tələbi yaransa belə, Çinin qarşısını almaq üçün Pentaqon resurslarını Tayvan ərazisində saxlamağa yönəltmək niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az