Mənbələrə istinad edən “Reuters” agentliyi NATO-iyunun 24-dən 26-dək Haaqada keçiriləcək növbəti sammitində əsas mövzuların Ukraynanın hərbi bloka qəbul edilməsi yox, üzv ölkələrin müdafiə xərclərinin və hərbi istehsalının artırmılmasi olacağını yazıb.
![]() |
Kelloq: “ABŞ Rusiyanın narahatlığını anlayır” - VİDEO |
Bundan əvvəl Amerika lideri Donald Tramp Ukrayna münaqişəsinin Kiyevin NATO-ya üzvlüyə istəyindən danışmağa başlaması ilə bağlı olduğuna əminliyini bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri Ukraynanın nə vaxtsa Şimali Atlantika Alyansına üzv ola biləcəyini düşünmədiyini vurğulayıb.
Yeri gəlmişkən, ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq “ABC News” telekanalına müsahibəsində Vaşinqtonun NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı Rusiyanın narahatlığını “əsaslı” saydığını və bu məsələni Ukraynadakı müharibənin sülh yolu ilə həllinin bir hissəsi kimi müzakirə etməyə hazır olduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az