Türkiyə diplomatiyasının rəhbəri qarşıdan gələn danışıqlardan sonra davamlı atəşkəs naminə liderlər zirvəsindən danışmağın mümkün olacağına ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Ukrayna prezidentləri - Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin iştirakı ilə keçiriləcək sammitə ev sahibliyi etməyə hazır olacaq.
![]() |
Fidan: “Rusiya risk təhdidi ilə üzləşib” - VİDEO |
Kremlin sözçüsü vurğulayıb ki, bu danışıqlar yaxşı hazırlanmalı, habelə Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşündə nəticə əldə edilməlidir.
“Əgər belə bir nəticə əldə olunarsa, onda biz ən yüksək səviyyədə təmaslar haqqında danışmağa başlaya bilərik”, – Peskov aydınlıq gətirib.
Xatırladaq ki, 3 illik fasilədən sonra mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən ilk birbaşa danışıqlar zamanı tərəflər atəşkəs planlarının mübadiləsi, əsir götürülmüş hərbçilərin “1000-nin 1000-ə” formatında dəyişdirilməsi barədə razılığa gəliblər və iki dövlət başçıları arasında mümkün görüşü müzakirə ediblər. Mayın 25-də ölkələr əsir mübadiləsini başa çatdırıb.
Sahil İsgəndərov
AzVision.az