ABŞ-yə məxsus məxfi məlumatları satan kəşfiyyatçı həbs edilib

Bildirir ki, Laatç xarici bir dövlətin nümayəndəsinə məxfi məlumatları ötürməyə cəhd edərkən Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən cinayət başında tutulub.
Həmin şəxsin daxili təhlükəsizlik şöbəsində çalışdığı və məxfi sənədlərə çıxışı olduğu təsdiqlənib. 2025-ci ilin yazında FTB onun şübhəli davranışları barədə məlumat əldə etdikdən sonra xüsusi əməliyyat keçirib.
Araşdırmalar zamanı məlum olub ki, Laatç başqa ölkənin vətəndaşlığını almaq müqabilində ABŞ hərbi strukturlarına dair gizli sənədləri ötürməyə razılaşıb.
İstintaq materiallarında qeyd edilir ki, o, məlumatları həm kağız, həm də elektron daşıyıcılarda yazaraq, özünü xarici dövlətin nümayəndəsi hesab etdiyi şəxsə ötürüb. Nəticədə, o, Virciniya ştatında ifşa olunaraq saxlanılıb.
Hazırda FTB və Hərbi Kəşfiyyat Agentliyi birgə istintaq aparır. Laatçın yaxın günlərdə məhkəmə qarşısına çıxarılması gözlənilir.
Elnur Məmmədov
AzVision.az
Teqlər: