Millimiz dünya çempionatının finalına yüksəlib

   Millimiz dünya çempionatının finalına yüksəlib
  30 May 2025    Oxunub:496
Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.

Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.

Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30

AzVision.az



Teqlər:





Xəbər lenti