Minifutbol millimiz finalda Macarıstanla qarşılaşacaq

Günün ilk oyunu Azərbaycan və Monteneqro komandaları arasında baş tutub. Milli Gimnastika Arenasında keçirilən görüşdə millimiz 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Daha sonra Macarıstan və Serbiya komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib və Macarıstan 3:1 hesabı ilə üstün gələrək finala adlayıb.
AzVision.az
Teqlər: