Tramp: “Ukraynaya zərbələrdən çox təəccübləndim” - VİDEO

      Tramp:    “Ukraynaya  zərbələrdən çox təəccübləndim”    - VİDEO
  31 May 2025    Oxunub:643
ABŞ prezidenti Donald Tramp Rusiya Silahlı Qüvvələrinin bu yaxınlarda Ukrayna şəhərlərinə endirdiyi zərbələrdən çox təəccübləndiyini bildirib.
AzVision.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə söhbətində bitmək üzrə olduğunu düşündüyü danışıqlar zamanı Kiyev kimi şəhərlərə raketlərin atılmasından çox təəccübləndiyini deyib.

“Biz artıq problemin həllinə yaxınlaşırdıq və birdən atəş başladı, insanlar öldü. Mən gözləmədiyim bir şey gördüm. Mən sürprizləri sevmirəm və bundan çox məyus oldum” , - Amerika lideri vurğulayıb.

Oval kabunetdə söhbət zamanı jurnalist Tramp və komandasının “çox inadkar Vladimir Putinlə qarşılaşmalı olduğunu” dedikdə ABŞ prezidenti “və Zelenski ilə” ifadəsini əlavə edib.

Rusiya prezidentini “yaxşı, yoxsa pis oğlan” hesab etdiyi barədə suala Donald Tramp “Mən onu çox yaxşı tanıyıram və onunla birgə çox şeydən keçməli olmuşam” cavabını verib.

Bu hadisələr fonunda ABŞ-də yeni anti-Rusiya tədbirlərini müzakirəsi davam edir. Demokrat Riçard Blumental ilə birlikdə Kiyevə səfər edən respublikaçı senator Lindsi Qrem Rusiyaya qarşı “ən sərt sanksiyaları” nəzərdə tutan qanun layihəsinin hazırlandığını açıqlayıb.

- Senatın gələn həftə sanksiyalar haqqında qanun layihəsini qəbul etməyə başlayacağını gözləyirəm. Nümayəndələr Palatasının onu təqdim etməyə hazır olan üzvləri var və siz bu hərəkəti görəcəksiniz. Təşəbbüsün məqsədi Moskvaya təzyiq göstərmək və prezident Trampa Putini danışıqlar masasına gətirmək üçün alətlər verməkdir” , - Lindsi Qrem söyləyib.

Bununla belə, Trampın özü indiyə qədər Rusiyaya qarşı yeni məhdudiyyətlər dəstəkləməkdən çəkinib. Onun sözlərinə görə, həddən artıq sərt sanksiyalar danışıqlar prosesinə zərər verə və razılaşmaların əldə olunmasını çətinləşdirə bilər. Ona yaxın mənbələr də Ağ Evin mümkün atəşkəsə yanaşma məsələsində elastikliyi qorumağa çalışdığını iddia edirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Rusiya   təəəcüb  





Xəbər lenti