The Telegraf: “Kiyevin müttəfiqlərinin qanı qaradır” - VİDEO

      The Telegraf:    “Kiyevin müttəfiqlərinin qanı qaradır”    - VİDEO
  31 May 2025    Oxunub:699
Avropada başa düşürlər ki, ABŞ artıq Ukraynaya kömək etməyəcək.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Telegraf” nəşrinin yazdığına görə, Kiyevə dəstək ilə bağlı Haaqada keçirilən son iclasda tutqun bir atmosfer hökm sürürdü.

“Hər şeyə real baxmaq və ABŞ-nin heç vaxt Ukraynanı dəsətəkləməyə razılaşmayacağını etiraf etmək vaxtıdır. Haaqada müzakirələrdə Amerikanın Kiyevə tədarükünün azaldılması kontekstində Avropanın Ukraynaya yardımını davam etdirməsinin vacibliyi ehtiva olunurdu”, - qəzet adı açıqlanmayan mənbəyə istinadən yazır.

Materialda bildirilir ki, ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına gətirə bilməyərək, vasitəçi rolundan imtina etmək hədəsini yerinə yetirəcəyi ilə bağlı real narahatlıq var.

Britaniya və Fransa məmurları isə, indi “diqqəti ABŞ-nin iştirakı olmadan Ukraynaya qoşun yeritməkdən Kiyevin müdafiəsini dəstəkləməyə yönəltmək” qərarına gəliblər.

Eyni zamanda, koalisiya üzvləri ABŞ-nin kəşfiyyat məlumatı vermək kimi yalnız qismən yardım göstərməyə davam edəcəyinə ümidlidirlər.

Bundan əvvəl amerikalı analitik Con Mirşaymer bildirmişdi ki, Qərb artıq Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyətinin qaçılmaz olduğunu inkar etməyi dayandırıb.

Onun sözlərinə görə, Ukrayna indi “böyük bəla içindədir”, “ukraynalılar ilgəcdən asılıb” və bunu hətta Qərbin ən böyük KİV-ləri də təsdiqləyirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Ukrayna   kədər  





Xəbər lenti