Qazaxıstan BRİCS-ə qoşulmaq istəmir

Qazaxıstan BRİCS-ə qoşulmaq istəmir
  01 İyun 2025    Oxunub:742
Yaxın vaxtlarda Qazaxıstanın BRİCS-ə qoşulmaq planı yoxdur. Bunu ölkənin prezidenti Kasım-Jomart Tokayev “Al Jazeera” televiziyasına müsahibəsində deyib.
O bildirib ki, əvvəlcə BRİCS-in nə dərəcədə effektiv beynəlxalq təşkilata çevrilə biləcəyinə baxmaq lazımdır: “Ən azı birinci mərhələdə Qazaxıstan həmin təşkilatda müşahidəçi kimi qalacaq. Sonrasına isə baxarıq”.

Qeyd edək ki, BRİCS-in hazırda 10 üzvü var: Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Efiopiya. Qazaxıstan BRİCS-in tərəfdaşı statusunu bu il yanvarın 1-də alıb.

Samir Quiyev
AzVision.az



Teqlər: BRİCS   Qazaxıstan  





Xəbər lenti