Ukrayna Rusiyanın hərbi zavodlarını vurur - VİDEO

   Ukrayna Rusiyanın hərbi zavodlarını vurur    - VİDEO
  02 İyun 2025    Oxunub:1034
Rusiyanın Müdafiə nazirliyi iyunun 2-də səhər saatlarında axşam və gecənin birinci yarısında Ukraynaya məxsus 162 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
AzVision.az Rusiya Müdafiə nazirliyinin məlumatına istinadən xəbər verir ki, Bu sayın PUA-latın 57-si sərhəd bölgəsi olan Kursk, 31-i Belqorod və 27-si Lipetsk vilayətləri üzərində vurulub. Ukrayna habelə Rusiyanın Voronej, Bryansk, Ryazan, Oryol və Tambov vilayətlərinə və ilhaq edilmiş Krıma da hava hücumları təşkil edib.

Bundan əvvəl yerli hakimiyyət orqanları gecə Lipetsk vilayətinin Lebedyan şəhəri üzərində Ukraynaya məxsus PUA-ların və ya bir pilotsuz təyyarənin vurulduğunu bildirmişdilər. Rayon administrasiyasının başçısı Aleksey Telkov öz Telegram-kanalında vurulan pilotsuz təyyarələrin fraqmentlərinin bir neçə evə düşdüyünü, lakin qurbanların olmadığını yazıb.

“20 min əhalisi olan Lebedyan şəhərində bir neçə sənaye müəssisəsi fəaliyyət göstərir. Lakin Ukrayna PUA-larının hədəfinin dəqiq nə olduğu və kiçik şəhərdə yerləşdirilən hava hücumundan müdafiə sistemlərinin (HHM) nəyi əhatə etdiyi məlum deyil”, - BBC nəşri vurğulayır.

Qeyd edək ki, Lebedyan şəhəri vilayətin paytaxtı Lipetsk şəhərindən təxminən 50 km şimalda yerləşir. Rusiyanın bir sıra məmurları və ekspertləri Kiyevin bu addımını bu gün İstanbulda keçiriləcək birbaşa danışıqlar ərəfəsində onların pozulmasına hesablanmış təxribat kimi qiymətləndiriblər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   hücum  



Xəbər lenti