CNN: “İstanbul danışqıları effekt verməyəcək” - VİDEO

         CNN:    “İstanbul danışqıları effekt verməyəcək”    - VİDEO
  02 İyun 2025    Oxunub:1109
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlar çətin ki, nəticə versin.
AzVision.az xəbər verir ki, “CNN” telekanlının iddiasına görə, İstanbul danışıqları, ilk növbədə, hər iki tərəfi dəfələrlə hədələyən ABŞ prezidenti Donald Trampı “sakitləşdirmək” məqsədi daşıyır.

"Son görüşə gəlincə, nə Moskvanın, nə də Kiyevin bir-biri ilə danışmaqda xüsusi maraqlı olmadığı və real irəliləyiş gözləmədiyi aydın olsa da, çox güman ki, Trampın marağını qorumaq üçün onlar bu oyunu oynayacaqlar”, - telekanal bildirir.

Moskva Kiyevin memorandumunu alıb - VİDEO
Qeyd edək ki, bu gün Türkiyədə Moskva və Kiyev arasında birbaşa danışıqların ikinci raundu başlayacaq. Görüşdə tərəflərin atəşkəslə bağlı özlərinin memorandum layihələrini təqdim edəcəkləri gözlənilir.

Bundan əvvəl danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Putinin köməkçisi Valdimir Medinski Kiyevin öz memorandum layihəsini Moskvaya verdiyini açıqlayıb.
Sənəddə Ukrayan tərəfinin təklif və tələbləri öz əksini tapıb ki, bunun da əksər hissəsi ilə Rusiyanın razılaşacağı böyük şübhə doğurur.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İstanbul   danışıqlar   səmərə  



Xəbər lenti