Zelenski Qərbin və Rusiyanın silahlarını müqayisə edib - VİDEO

   Zelenski Qərbin və Rusiyanın silahlarını müqayisə edib    - VİDEO
  02 İyun 2025    Oxunub:1098
Ukrayna silah ehtiyacının 40%-ni yerli istehsal hesabına ödəyə bilər. Amma bunun üçün sabit maliyyə lazımdır.
AzVision.az “İnterfaks-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zrlrnski “Buxarest doqquzluğu”nun sammitində belə deyib.

“Əməliyyatlarımız investisiyanın, xüsusən də dronlara təsir edə biləcəyini göstərir. Ukraynanın təcili olaraq hava hücumundan müdafiə sistemlərinə, xüsusilə “Patriot” zenit sistemlərinə və raketlərə ehtiyacı var”, - Zelenski vurğulayıb.

Ukrayna lideri Avropa və Amerika silahlarının Rusiyanın silahlarından daha yaxşı olduğunu iddia edib.

- Bizim daha güclü taktiki həllərimiz də var. “Hörümçək toru” əməliyyatımız bunu dünən sübuta yetirdi”, - Zerlenski bildirib.

Onun fikrincə, Rusiyanın verdiyi “itkilər” Moskvanı diplomatiyaya sövq etməlidir.

Bundan əvvəl Ukrayna prezidenti maliyyə çatışmazlığından və müttəfiqlərdən silah tədarükündən şikayətlənib. O, bildirib ki, nəticədə Kiyev pulla getdikcə daha çox silah almağa məcburdur.

- Müdafiə nazirliyi səviyyəsində tədarükün artırılması ilə bağlı digər ölkələrlə müzakirələr davam edir. Lakin Ukraynaya getdikcə daha çox silah üçün “pulsuz olmayan seçimlər” təklif edilir.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   silah  



Xəbər lenti