Türkiyədə güclü zəlzələ olub I Ölən və yaralılar var

   Türkiyədə güclü zəlzələ olub    I Ölən və yaralılar var
  03 İyun 2025    Oxunub:1189
Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Muğla şəhərinin valisi İdris Akbıyık bildirib ki, güclü zəlzələ zamanı bir nəfərin ölüb, 69 nəfər isə yaralanıb: “Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib. Təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb”. Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti