Keniya Prezidenti Azərbaycana səfərə dəvət alıb

   Keniya Prezidenti Azərbaycana səfərə dəvət alıb
  03 İyun 2025    Oxunub:832
Keniya Prezidenti Uilyams Ruto Azərbaycana dövlət səfərinə dəvət olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nayrobidəki Dövlət İqamətgahında Ruto ilə görüşü zamanı dəvəti ona çatdırıb.

Xatırladaq ki, C.Bayramov Keniyanın paytaxtında rəsmi səfərdədir. Daha əvvəl o, keniyalı həmkarı Musaliya Mudavadi ilə danışıqlar aparıb, həmçinin Azərbaycanın bu ölkədəki səfirliyinin açılışında iştirak edib.

AzVision.az



Teqlər:



Xəbər lenti