“Biz Ukrayna üçün vacib olan məsələlər üzərində fəal işləyəcəyik. Gündəmimiz kifayət qədər mürəkkəbdir. Biz müdafiə dəstəyi və döyüş meydanındakı vəziyyət, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, xüsusən də senator Qremin qanun layihəsi barədə danışmağı planlaşdırırıq. İnvestisiyaların Bərpası Fondunun yaradılması ilə bağlı əvvəllər imzalanmış sazişi də müzakirə edəcəyik”, - Andrey Yermak yazıb.
O, Ukrayna nümayəndə heyətinin ABŞ-nin hər iki partiyasının nümayəndələri ilə “çoxlu görüşlər” keçirəcəyini vurğulayıb. Kiyev nümayəndələri “kilsə məsələləri ilə bağlı rus təbliğatı” və “deportasiya edilmiş uşaqların geri qaytarılması" mövzularına da toxunmaq niyyətindədirlər.
|
| Bennon senator Qremi həbs etməyə çağırıb - VİDEO |
Qeyd edək ki, İstanbulda keçirilən danışıqlardan və münaqişənin həllinə dair Rusiya memorandumunun mətninin onlayn yayımlanmasından sonra Yermak Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski isə, öz növbəsində bəyan edib ki, ABŞ Senatının atəşkəsdən imtina etdiyi iddiası ilə Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul edilməsinə heç bir maneə yoxdur.
Bununla belə, Donald Trampın keçmiş müşaviri Stiv Bennon Rusiyaya qarşı ikinci dərəcəli tarif sanksiyalarının təşəbbüskarı və ifrat tərəfdarı olan respublikaçı senator Lindsi Qremi “vəziyyəti qızışdırmağı” dayandrımayacağı halda həbs etməyə çağırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


