Nazir idmançılar və onların məşqçiləri ilə görüşüb
Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" və “Azərbaycan Respublikasının İdman ustası” fəxri adlarına layiq görülmüş bəzi idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edib.
Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər. Atletika, boks, cüdo, batut gimnastikası, tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, bədii gimnastika, trek velosipedi, taekvondo, triatlon, akademik avarçəkmə, kayak, kanoe, draqon qayığı, kuraş, MMA, didlift, strikt körl, soft təchizat benç press, qol güləşi, sumo, kikboksinq, kunq-fu, uşu və bodibildinq idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


