Si Cinpin Trampla görüşdən niyə yayınır? - VİDEO

   Si Cinpin Trampla görüşdən niyə yayınır?    - VİDEO
  04 İyun 2025    Oxunub:1224
Çinin sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla onun Ukrayna və Cənubi Afrika Respbublikasının (CAR) prezidentləri Volodimir Zelenski və Siril Ramafosa ilə Vaşinqtonda Oval kabinetdə oynadığı “şou”ya görə görüşmür.
xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, Donald Tramp Çin lideri ilə şəxsi görüşün ona ticarət sahəsindəki fikir ayrılıqlarını tez bir zamanda həll etməyə imkan verəcəyini düşünür və bu, nizamlanma üzrə danışıqların ləng gedişi fonunda xüsusilə aktuallaşıb.

“Trampın digər xarici liderlərlə rəftarı Pekində çaşqınlıq yaradıb və buna görə də Çin liderinin imicinə xələl gətirməmək üçün iki fövqəldövlət başçısı arasında şəxsi görüşdən hələlik yayınılır”, - qəzet vurğulayır.

Tramp: “Zelenskinin CAR-da nə işi var?” - VİDEO
Bundan əvvəl “The Hill” nəşri Trampın Zelenski ilə görüşə bənzər şəkildə Oval kabinetdə CAR-ın prezidenti üçün də qəsdən “tələ” qurduğunu yazmışdı.

- Görüş Vladimir Zelenski ilə olduğu kimi fırtınalı keçməyib, lakin əvvəlcədən planlaşdırılan pusquya bənzəyirdi. Xüsusən də Tramp Cənubi Afrika siyasətçilərinin qızışdırıcı bəyanatlarının videosunu göstərmək üçün Oval kabinetdə işıqları söndürməyi xahiş etməsi fonunda”, - materialın müəllifləri bildiriblər.

Lakin Siril Ramafosa ABŞ prezidenti ilə Zelenski tərzində açıq mübahisəyə girmədən CAR hökumətinin ağdərililərin təqibini dəstəklədiyinə dair Trampın iddialarını rədd edib.

Bununla belə, ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Çinin sədri Si Cinpini həmişə bəyəndiyini, lakin onunla danışıqlar aparmağın “son dərəcə çətin” olduğunu yazıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   SiCinpin   Tramp  



Xəbər lenti